Accessibility links

Ordu siyasətə müdaxilə etməməlidir


Avropa İttifaqının rəsmisi Olli Rehn Türkiyə ordusuna siyasətdən uzaq durması barədə xəbərdarlıq verib. Ordu islamçı köklərə malik olan İnkişaf və Ədalət partiyasından prezidentliyə namizəd Abdulla Gülün seçkilərin birinci raundunda kifayət qədər səs toplaya bilməməsindən sonra bəyanat vermişdi. Bəyanatda deyilir ki, Türkiyə ordusunun dünyəviçiliyin güclü müdafiəçisi olduğu unudulmamalıdır. Abdulla Gül birinci raunda tələb olunan 367 səsdən onunu toplaya bilməmişdi. Seçkilərin ikinci turu gələn həftə keçiriləcək.

XS
SM
MD
LG