Accessibility links

Mstislav Rostropoviç torpağa tapşırıldı


Cümə günü Moskvada 80 yaşında dünyasını dəyuişən Mstislav Rostropoviç Sovet İttifaqından 1978-ci ildə demək olar ki sürgün edildikdən sonra ömrünün böyük hissəsini Amerika Birləşmiş Ştatlarında yaşayıb.

Tənqidçilərin nəslinin Pablo Kasalı adlandırırdıqları violonçel ustası 1927-ci ildə Azərbaycanda dünyaya gəlib. Dörd yaşından piano, səkkiz yaşından violonçel, 11 yaşından isə bəstəkarlıq dərslərinə başlayan Slava sonra təhsilini Moskva Konservatoriyasında davam etdirib.

Rostropoviçin şöhrəti sürətlə artırdı. Moskva Filarmoniyasının solisti kimi diqqəti cəlb edən Mstislav Rostropoviş 1950-ci ilədək artıq Praqa və Budapeştdə keçirilən violonçel müsabiqələrində üç dəfə qalib gəlmişdi.

1955-ci ildə isə o Nyu Yorkun Karneqi Holunda ilk debütünü etdi.

Rostropoviç Sovet İttifaqında Qərbə çıxışı olan nadir ifaçılardan idi. 1968-ci ildə Varşava Paktının qoşunları Çexoslovakiyaya təcavüz edəndə Rostropoviş Londonda qastrolda idi. O, Antonin Dvorjakın konsertini başa çatdırıb, səhnəni göz yaşlatrı içərisində tərk etdi.

İki il sonra isə o dostu, evində sığınacaq verdiyi dissident Aleksandr Soljenitsına qarşı Kremlin rəftarına etiraz etdiyi üçün Moskvanın qəzəbinə səbəıb oldu və ona "bir az da Rusiyada səyahət et” deyə xaricə getməyi qadağan etdilər. Rostropoviçin cavabı “mən bilmirdim ki, Rusiyada konsert vermək cəzadır” oldu.

1974-cü ildə qadağa aradan götürüldükdən sonra violonçel ustası Qərbə köçdü. Dörd ildən sonra onu Sovet vətəndaşlığından məhrum etdilər. O zaman Rostropoviç artıq Vaşinqton Simfonik Orkestrinin dirijoru idi.

Rostropoviç üçün musiqi yazan bəstəkarlar sırasına Benjamin Britten, Dmitri Şostakoviş, və violonçel üçün Sinfonia Concertante yazmış Sergety Prokofyev daxil idilər.

Azərbaycanı, Rusiyanı və Birləşmiş Ştatları özünə vətən sayan Mstislav Rostropoviç bu gün Moskvada Novodeviçi qəbristanlığında torpağa tapşırıldı.

Musiqi proqramında İoqan Sebastyan Baxın violonçel üçün 2 nömrəli süitası, Antonin Dvorjakın violonçel üçün konserti, Pyotr Çaykovskinin 5 nömrəli somfoniyası və Prokofyevin violonçel üçün Sinfonia Konsertantesindən parçalar səsləndirilib.

Tam proqramı audio-formatda dinləyin

XS
SM
MD
LG