Accessibility links

Türkiyədə islamçılara qarşı etiraz nümayişi


Bu gün yüz minlərlə insan Türkiyənin ən böyük şəhəri olan İstanbulda ölkənin islamçı hökumətinə qarşı və dünyəvi dövlət quruluşuna dəstək əlaməti olaraq nümayiş keçirib.

Nümayişçilər İstanbulun Çağlayan meydanında ağ-qırmızı Türk bayraqlarını dalğalandıraraq Türkiyənin dünyəvi olduğu və dünyəvi qalacağı barədə şüarlar qışqırıblar. Etirazçılar həmçinin müasir və dünyəvi əsaslara söykənən Türkiyənin təməlini qoyan Mustafa Kamal Atatürkün xatirəsini yad ediblər.

Oxşar nümayişlər iki həftə əvvəl Ankarada da keçirilib. Bugünkü aksiya islamçı Ədalət və İnkişaf partiyasından olan Abdullah Gülün Türkiyənin növbəti prezidenti olmaq uğrunda seçkilərin birinci turunda çox az səs fərqi ilə məğlubiyətindən sonraya təsadüf edir.

Qeyd edək ki, Türkiyənin dünyəvi ənənələrini qoruyacağını bəyan etmiş ordu rəhbərliyi ilə baş nazir Rəcəb Tayib Ərdoğan arasında gərginlik müşahidə olunur.

XS
SM
MD
LG