Accessibility links

Pakistan və Əfqanıstan terrorizmlə birgə mübarizə aparacaq


Əfqanıstan və Pakistan prezidentləri Həmid Karzay və Pərviz Müşərrəf sərhəd bölgələrdə terrorizmlə mübarizə barədə razılıq əldə ediblər. Dövlət başçıları terroristlərin maliyyələşdirilməsi, onlara təlimlər və ya sığınacaq verilməsi, habelə təxribat, ölkələr əleyhinə fəaliyyətlərlə mübarizə aparılacağına vəd veriblər. Liderlərin bu gün Ankarda açıladıqları birgə bəyanatda Türkiyənin hər iki ölkənin yaxın müttəfiqi olduğu deyilir. Danışıqlara ev sahibliyi edən Türkiyə prezidenti Əhməd Necdet Sezer bildirib ki, iki ölkə lideri ya bu ilin sonu, ya da gələn ilin əvvələrində bir daha görüşmək barədə razılığa gəliblər.

XS
SM
MD
LG