Accessibility links

Türkiyədə Konstitusiya Məhkəməsi prezidentlik üçün səsverməni hökmsüz adlandırıb


Türkiyənin Konstitusiya Məhkəməsi, müxalifətdəki Cumhuriyyət Xalq Partiyasının müraciətinə əsasən Parlamentdə keçən həftə prezidentlik üçün keçirilən səsverməni hökmsüz elan edib.

Hökumət isə sabah parlamentdə prezidentlik üçün yenidən səsvermə keçiriləcəyini bildirib.

Keçən həftəki səsverməni boykot edən Cumhuriyyət Xalq Partiyasının müraciətinin səbəbi parlamentdə səsvermə üçün kifayəti qədər millət vəkilinin olmadığı idi. Ədalət və İnkişaf Partiyasının namizedi, xarici işlər naziri Abdullah Gül keçən həftəki səsvermədə Prezident seçilə bilmək üçün lazım olandan

on səs az, 367 səs almışdı. Konstitusiya məhkəməsinin qərarı Baş Nazir Rəcəb Təyyüb Ərdoğan hökumətinə qarşı ölkə miqyasında keçirilən mitinqlərdən sonraya təsadüf edir. Baş Nazir Erdoğan bu günkü çıxışında prezident seçkiləri ilə əlaqədar qarşı durma zamanında sabitlik naminə vətəndaşları milli birliyə çağırıb.

XS
SM
MD
LG