Accessibility links

İran ABŞ-la danışıqlara hazır olmadığını bildirib


İranın yarı-rəsmi ISNA Xəbər Agentliyinin verdiyi məlumatda bildirilir ki, İran rəsmiləri bu həftə İraqdakı vəziyyətlə əlaqədar Misirdə keçiriləcək konfransda Birləşmiş Ştatlar rəsmiləri ilə danışıqlar keçirməyə hazır deyillər. İSNA iran rəsmilərinə istinadən bildirib ki, hal-hazırdakı şərait iki ölkə arasında danışıqlar keçirilməsinə uyğun deyil.

ABŞ dövlət katibi Kondoliza Rays isə bildirmişdir ki, o, Misrin Şərm Əl-Şeyx kurortunda cümə axşamı keçiriləcək konfrans zamanı İranın xarici işlər naziri Manuçehr Möttəki ilə görüş keçirməyi istisna etmir.

ABŞ İranı İraqdakı ifrat qruplara yardım göstərməkdə ittiham edir. İran isə bu ittihamları rədd edir.

İndiyə qədər 49 ölkə İraqda təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması və sabitliyə nail olunması məsələsinə həsr edilmiş konfransda iştirak edəcəyini bildirib.

XS
SM
MD
LG