Accessibility links

ABŞ Dövlət Departamenti dünya ölkələrində terrora qarşı mübarizə haqda hesabatını açılayıb


Hesabatın təqdimat mərasimi aprelin 30-da ABŞ Dövlət Departamentinin sözçusü Con Keysi, Antiterror Proqramının koordinatoru Frank Urbaniç və ABŞ-ın Milli Antiterror Mərkəzinin direktor müaivni Russel Traversin iştirakı ilə keçirilib. Dövlət Departamenti keçən il terror hücumları və terrorizmin qurbanlarının sayının atdığını bildirib. Dövlət Departamentinin hesanbatında bildirilir ki, 2006-cı ildə 14 000 terror aksiyası həyata keçirlib ki, bu da 2005-ci illə müqayisədə 25 faiz artıqdır. Sənəddə ötən illə müqayisədə terrorizmin qurbanlarının sayının 40 faiz artıdığı, başqa sözlə 20000 təşkil etdiyi deyilir. Hücumların 80 faizinin Yaxın Şərq və Cənubi Asiyada həyata keçirildiyini bildirilir. Dövlət Departamentinin terrirmlə bağlı hesabatında deyilir ki, terror aksiyalarının yarıya qədəri payına düşən İraqda 13000 adam öldürülüb. Bildirilir ki, Əfqanıstanda terror aksiyalarının sayı 50 faiz artıb. Sənəddə Kuba, İran, Şimali Koreya, Sudan və Suriya hökumətlərinin terrorizmi dəstəklədiyi deyilir. ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə ilə bağlı növbəti hesabatında Azərbaycanın terrora qarşı mübarizədə ABŞ-la əməkdaşlıq etdiyi deyilir. «Ölkələr üzrə terrorçuluq və qlobal terror nümunələri» adlı sənəddə buna sübut olaraq 2003-cü ildə 150 nəfər Azərbaycan hərbçisinin İraqa göndərilməsi göstərilir. Hesabatda həmçinin Azərbaycanın terrorçulara dəstək olaraq Qaqfazdan keçən maliyyə yardımının qarşısını aldığı bildirilir. Sənəddə keçən ilin aprelində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Əl-Mücahiddin Camaat» qruplaşmasının altı üzvünə hökm çıxarıldığı vurğulanır. Həbs olunan qrup üzvlərinin qeyri-qanuni silah saxlamaq, silahlı basqın, sərhədi qanunsuz keçmək kimi cinayətlərdə günhakar olduğu qeyd olunur. Hesabatda deyilir ki, 2006-cı ilin aprelində «Əl-Qaidə Qafqaz» qruplaşmasının üzvlərinin məhkəmə prosesi keçirilib. Qrup üzvləri Azərbaycan, Türkiyə və Yəmən vətəndaşları olub. Azərbaycanın həmçinin ötən il Rusiyaya 2002-ci ildə Dağıstanda terror aktı törətməkdə şübhəli bilinən şəxsi ekstradisiya etdiyi də xatırladılır.

XS
SM
MD
LG