Accessibility links

ABŞ prezidenti hərbi qüvvələrin İraqdan çıxarılması barədəki qanuna veto qoydu


ABŞ prezidenti Corc Buş Amerika qüvvələrinin İraqdan çıxaırlmasına vaxt qoyan qanun layihəsinə veto qoydu. Xalqa müraciəti zamanı prezident Buş bildirdi ki, hərbi komandirlərin sağlam mühakiməsi qanunvericilərin fikirləri ilə əvəz edilir. Prezident dedi ki, qüvvələrin İraqdan çıxarılmasına qoyulan vaxt nailiyyətsizlik tarixidir. ABŞ prezidenti Demokratların başçılıq etdiyi Konqresə müraciət edərək, siyasəti kənra qoyub, qüvvələrə lazımi dəstək verməyə çağırıb.

Senatın əksəriyyət lideri Harri Rid vetoya cavab olaraq deyib ki, bu, Demokratları müharibənin istiqəmətini dəyişmək əzmindən döndərməyəcək.

Nümayəndələr Platasının spikeri Nensu Pelosi prezident Buşun qərarını tənqid edərək deyib ki, bu qanun qüvvələri dəstəkləməklə yanaşı, prezidentə istədiyindən daha artıq imkan verir.

XS
SM
MD
LG