Accessibility links

Çeçenistanda zorakılıqlar davam edir


Rusiyanın cənubundakı Çeçenistan Respublikasının paytaxtı Qroznıda iki polis öldürülüb. Bundan əlavə, bir rus əsgərinin üzərində xəsarət olan cəsədi də Çeçenistanın cənub-şərqində maşının içində tapılıb.

Rəsmilər çərşənbə günü Qroznıda iki polis nəfərinin yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsindəhəlak olduğunu bildirib. Ötən həftə isə bölgədə əməliyyatlar keçirən rus vertolyotu qəzaya uğrayaraq 18 nəfərin ölümünə səbəb olmuşdu. Rusiya mediası bu qəzanı da çeçen separatçılarının ayağına yazır.

XS
SM
MD
LG