Accessibility links

Çində insan orqanlarının ticarətinə qadağa qoyuldu


Çinin dövlət mediası ölkənin insan orqanlarının alışına və satışına formal qadağa qoyduğunu və transplantasiya qaydalarını ciddiləşdirdiyini yazır.

Sinhua rəsmi agentliyinin bildirdiyinə görə, Çinin Nazirlər Kabineti insan orqanları satışında əli olan həkimlərin lisenziyasını əllərindən almaq barədə qərar verib.

Orqan ticarətində əli olan klinikalarda transplantasiya əməliyyatları 3 il müddətinə qadağan olunacaq, bu işlərə rəvac verən rəsmilər isə işdən çıxarılacaqlar.

Çinin Səhiyyə Nazirliyi həl il bir milyon yarım xəstənin orqan transplantasiyasına ehtiyacı olduğunu, amma onlardan yalnız on mininin lazımi orqanları tapdığını bildirir.

İnsan hüquqları qrupları Çini məhbusların orqanlarını satmaqda günahlandırmışdı.

Yeni qaydalara görə, donorun icazəsi olmadan orqanın transplantasiyası qeyri-qanunidir.

XS
SM
MD
LG