Accessibility links

Vetonun ləğvi baş tutmayıb


Demokratların nəzarət etdiyi ABŞ Nümayəndələr Palatasında prezident Buşun qüvvələrin İraqdan çıxarılmasına vaxt qoyulan müharibə xərclərinə dair qanun layihəsinə qoyduğu vetonun ləğvi baş tutmayıb. Belə ki, səslərin üçdə- ikisini tələb edən ləğvetmə prosesi səs azlığına görə müvəffəqiyyətsizliyə uğrayıb. Nümayəndələr Palatasının üzvləri 222 əleyhinə, 203 leyhinə səs veriblər.

Səsvermədən əvvəl ABŞ prezidenti Corc Buş Senatın Respublikaçı və Demokrat liderləri ilə görüş keçirib, müharibə xərclərinə dair yeni qanun layihəsi məsələsini müzakirə edib. Prezident mümkün qədər tez bir zamanda layihənin əldə edilməsinin vacibliyini qeyd edib. O, razılıq əldə ediləcəyindən əmin olduğunu bildlirib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qüvvələrin vətənə daha tez qaytarılması üçün fikir ayrılıqlarını bir kənara qoyub, Demokratların Amerika Birləşmiş Ştatrının prezidenti ilə bərabər müharibəyə son qoyulması səylərini davam etdirəcəyini deyib.

XS
SM
MD
LG