Accessibility links

İraq üzrə baş müfəttişin işini təftiş edirlər


Ağ ev Prezident yanında dövlət qulluğu şurasının İraqda yenidənqurma işləri üzrə baş müfəttiş Stüart Bouenlə bağlı araşdırma başıladığını bildirib.

Baş müfəttişin keçmiş işçiləri keçən il Bouenin işə gəlmədiyi və ofis işçilərindən İraq yenidənqurmasının dərsləri haqqında kitabını yazmaq üçün istifadə etdiyi barədə şikayət etmişdilər.

Bouenin ofisi İraqdakı yenidənqurma və yardım proqramları haqda Konqresə rüblük hesabatlar təqdim edir. Son hesabatda təftiş olunan 8 proqramdan yeddisinin normal fəaliyyət göstərmədiyi bildirilir.

XS
SM
MD
LG