Accessibility links

Kondoliza Rays Suriyalı həmkarı ilə görüşüb


Şarm əl Şeyxdə keçirilən İraq konfransı çərçivəsində Birləşmiş Ştatlarla Suriya arasında son 2 ildə ilk yüksək səviyyəli görüş keçirilib.

ABŞ dövlət katibi Kondoliza Rays bu gün Suriyalı həmkarı Valid əl Müəllimlə görüşüb. Görüşdən əvvəl ABŞ hərbi qüvvələrinin İraqdakı sözçüsü General Uilyam Kolduel son zamanlar Suriyanın öz sərhədləri vasitəsilə xarici yaraqlıların İraqa keçməsinin qarşısını almaq üçün daha çox səy göstərdiyini deyib.

Rəsmilər dövlət katibi Rays və İranın xarici işlər naziri Mənuçöhr Mottəkinin də konfrans çərçivəsində keçən günorta yeməyi zamanı qeyri-rəsmi söhbət etdiklərini bildirib. Birləşmiş Ştatlar İranın və Suriyanın öz sərhədləri üzərində nəzarəti gücləndirməsini və İraqdakı yaraqlılara verdikləri dəstəyə son qoymasını istəyir.

XS
SM
MD
LG