Accessibility links

İraq qonşu ölkələri yardıma çağırır


İraq qonşu ölkələri yaraqlıların ölkəyə daxil olması, onlara maliyyə və siyasi dəstək verilməsinə mane olunmasına çağırıb. İraqın baş naziri Nuri Əl-Maliki bu çağırışı Misirdə keçirilən İraq konfransının son günü edib. O, hökumətininin terroristlərin İraqda sığınacaq tapmasına imkan verməyəcəyini deyib. Bundan əvvəl isə nazirlərin görüşü zamanı İranın xarici işlər naziri Mənuçehr Mottəki İraqdakı zorakılıqlar və terrorizmə görə Amerikanı günahlandırmışdı. O, bunların ABŞ-ın işğalının nəticələri kimi qiymətləndirmişdi. İraqın xarici işlər naziri Hoşyar Zebari İran və ABŞ-ın İraq konfransı çərçivəsində ekspertlər səviyyəsində danışıqlar keçirdiyini bildirib.

XS
SM
MD
LG