Accessibility links

Britaniya kraliçası Birləşmiş Ştatlardadır


Britaniya kraliçası Elizabet İngiltərənin Amerikadakı ilk daimi yaşayış məskənini ziyarət edir. Kraliça və onun həyat yoldaşı şahzadə Filip Virciniya ştatındakı Ceymstaun qəsəbəsinə vitse-prezident Dik Çeyni və onun həyat yoldaşı Linnlə birgə gediblər.

Bərpa olunmuş binaları ziyarət etdikdən sonra onlar küçədə keçirilən paradı seyr ediblər. Şou Amerika ilə Britaniya arasındakı tarixi və müasir dostluq və əməkdaşlıq əlaqələrini tərənnüm etdirib.

Kraliça Elizabet 18-ci əsrdə Virciniyanın paytaxtı olmuş Uilyamsburqun yaxınlığında Uilyam və Meri kollecinə gedəcəklər. Kral ailəsi Virciniyaya Ceymstaunun əsasının qoyulmasının 400-üncü ildönümündə iştirak məqsədilə cümə axşamı 6 günlük səfərə gəlib.

XS
SM
MD
LG