Accessibility links

Banqkok konfransında iqlim dəyişikliyi ilə bağlı hesabat açıqlanıb


Dünya alimləri və iqlim dəyişikliyi üzrə ekspertləri qlobal istiləşmənin təsirlərinə qarşı texnologiya və maddi vəsaitin olduğuna dair razılığa gəlsələr də, beynəxlaq ictimiayyətin fəlakətlərin qarşısının alınması üçün indi fəaliyyətə başlamalı olduğunu bildiriblər. BMT-nin iqlim dəyişikliyi üzrə hökumətlərarası paneli 5 günlük Bangkok müzakirələrindən sonra bu gün hesabat açılayıb. Hesabatda deyilir ki, 2 dərəcə artan qlobal temperaturun yüksəlməsinə dərhal mane olunmalı, sənayeləşmə erasından əvvəlki səviyyəyə endirilməlidir. Bildirib ki, qlobal iqtisadiyyat, ümumdaxili məhsul istehsalının 3 faizini sərf etməklə, 2030-cu ilədək buna nail olmaq mümkündür. BMT-nin bildirdiyinə görə, 1970-2004-cü illər arasında istixana qazlarının səviyyəsi 70 faiz artıb və mövcud siyasətlər buna yardım edir. Hesabatda günəş enerjisi kimi altenativ enerji mənbələrindən istifadə edilməsi, qlobal istiləşməyə səbəb olan istixana qazlarının kəsilməsi üçün tədbirlər görülməsi tövsiyyə edilir. Hesabat hökumətlərə təqdim edilərək, ictimai debatlara açılmalıdır. Ümumdünya Təbbi Həyat Fondu indi məsələnin həllinin siyasətçilərdən asılı olğdunu deyir. Gələcək addımlar barədə qərarlar iyun ayında sənayeləşmiş ölkələrin liderlərinin görüşü və BMT-nin dekabr ayında İndoneziyada keçirəcəyi iqlim dəyişikliyi konfrası zamanı müzakirə ediləcək.

XS
SM
MD
LG