Accessibility links

İraqda gizli silah anbarı aşkar edilib


İraq və Amerika rəsmilərinin bildirdiyinə görə, bu gün Bağdadda ayrı-ayrı bomba hücumları 5 polis işçisi və bir Amerika əsgərinin ölümünə səbəb olub. ABŞ hərbiçiləri və koalisiya qüvvələri tərəfindən şiələrin əksəriyyət təşkil etdiyi Sədr qəsəbəsində keçirilən reyd zamanı terrorst olduqlarından şübhələnilən 16 adam ələ keçirilib. Kəşfiyyat məlumatlarına əsasən həmin şəxslər İrandan bomba qaçaqmalçılığında iştirak ediblər. Ordu İranda istehsal edilən silahların gizli anbarının şəkillərini də nümayiş etdirib. Şəkillər Mahmudiyyə regionunda həyata keçirilən hərbi əməliyyat zamanı çəkilib.

XS
SM
MD
LG