Accessibility links

Prezident Buş veto qərarını müdafiə edib


Prezident buş bu gün radiodan həftəlik müraciətində bildirib ki, ABŞ-da qanunvericilərin vəzifəsi müharibə vaxtında ABŞ hərbiçilərinin ehtiyacı olan vəsaiti və onların rahat hərəkət edə bilməsi üçün lazımi imkanları təmin etməkdir. O maliyyə vəsaitləri ilə əlaqədaq Konqresin qəbul etdiyi qanun layihəsinə veto qoymasının səbəbini belə izah edib ki, həmin layihə ABŞ qoşunlarının geri çəkilməsi üçün vaxt cədvəli müəyyən etməklə və həyata keçirilməsi çətin olan şərtlər irəli sürməklə komandirləri pis vəziyyətdə qoyur, eləcə də müharibə ilə əlaqəsi olmayan sahələrə çoxlu miqdarda pul sərf olunmasını nəzərdə tuturdu.

Nyu Yorkdan demokrat senator Çak Şumer isə prezidentin çıxışına demokratların cavabında deyib ki, prezidentin vetosu Demokratları İraq barədə məqsədlərindən yayındırmayacaq. O bu məqsədləri ABŞ hərbiçilərini tam himayə və müharibənin istiqamətinin dəyişdirilməsi olaraq izah edib. Senator Şumer deyib ki, ABŞ-ın ən mühüm məqsədi terrorizmlə mübarizə olmalıdır.

XS
SM
MD
LG