Accessibility links

Bağdadda 30 mülki vətəndaş həlak olub


İraqın səlahiyyətli nümayəndələrinin bildirdiyinə görə, maşına yerləşdirilmiş bomba partlayışı Bağdadın ticarət mərkəzində 30-a yaxın mülki vətəndaşın ölümünə səbəb olub. Bayaa məhəlləsində baş verən bu partlayış səbəbi ilə çox sayda adamın yaralandığı bildirilir. Bu gün Sammara şəhərində iki kamikadze hücumu nəticəsində yerli polis idarəsinin rəisi də daxil edilməklə, 6 adam həlak olub. ABŞ və İraq qüvvələrinin Sədr qəsəbəsində həyata keçirdiyi reyd nəticəsində 8 silahlı şəxs öldürülüb. Koalisiya qüvvələrinin bəyanatında bildirilir ki, reyd zamanı işgəncə otağı aşkar edilmişdir. Qüvvələr tərəfindən silah və partlayıcı maddələrlə dolu anbar sıradan çıxarılmışdır.

XS
SM
MD
LG