Accessibility links

Nikola Sarkozi prezident seçkilərində qələbə əldə etdi


Fransada prezidentliyə mühafizəkar namizəd Nikola Sarkozi rəqibi sosialist Seqolin Royalı məğlun edərək, prezident seçkilərində qələbə əldə etdi. 52 yaşlı sabiq daxili işlər naziri səslərin 53 faizini əldə edib. Fransa rəsmilərinin dediyinə görə, prezident seçkilərində əhalinin 85 faizi iştirak edib. Günortayadək 44.5 milyon Fransızların 35 faizinin səs verdiyi bildirilmişdi. Seçkiqabağı sorğular göstərirdi ki, macar mühacirin oğlu Nikola Sarkozı Sosialist Seqolin Royaldan irəlidə gedir. Sabiq daxili işlər naziri Fransada islahatlar həyata keçirərək, ölkədə işsizliyin və cinayətin aradan qaldırılmasına çalışacağını vəd edirdi. Rəsmi nəticələr sabah elan edilməlidir.

XS
SM
MD
LG