Accessibility links

Çeçenistanda toqquşma baş verib


Rusiya rəsmiləri bildiriblər ki, Çeçenistan respublikasında baş vermiş toqquşma zamanı təhlükəsizlik qüvvələrinin 4 nümayəndəsi və 3 nəfər yaraqlı öldürülüb. Polisin bu gün verdiyi məlumata görə, yol nəqliyyatı inspektoru, polis zabiti və Daxili İşlər Nazirliyinin nümayəndəsi, habelə 3 silahlı yaraqlı Vedeno rayonunda baş vermiş atışma zamanı öldürülüblər. Dörd nəfər polis zabiti yaralanıb.

Polisin rəsmi nümayəndəsi deyib ki, silahlı yaraqlılar qizləndiyi evdən çoxlu sayda silah və hərbi qeyim tapılmışdır. Rusiyanın Daxili Işlər Nazirliyinin nümayəndəsi isə bildirib ki, dünən Çeçenistanın Şali rayonunda digər 1 nəfər polis zabiti yaraqlının həbsi zamanı öldürülmüşdür.

XS
SM
MD
LG