Accessibility links

Gürcüstanın baş naziri vətəninə qayıdıb


Gürcüstanın baş naziri Zurab Noqaydeli Amerika Birləşmiş Ştatlarında ürək cərrəhiyyə əməliyyatı keçirdikdən sonra vətəninə qayıdıb. Baş nazirin dünən gecə Tbilisəyə çatdığı bildirilir. Həftə sonu onun işinə qayıdacağı deyilir. 43 yaşlı Gürcüstan liderinin aprel ayının 19-da Texas ştatının Hyuston xəstəxanasında keçirdiyi ürək əməliyyatı uğurlu keçib.

XS
SM
MD
LG