Accessibility links

İndoneziyada quş qripi bir qadının ölümünə səbəb olub


İndoneziyanın səhiyyə rəsmiləri quş qripi səbəbi ilə bir qadının vəfat etdiyini bildirib. Beləliklə İndoneziyada virusun öldürdüyü insanların sayı 75 olur. H5N1 virusunun qadının ölümünə səbəb olduğunu laboratoriya testləri təsdiq edib. İndoneziya quş qripinə görə ən böyük tələfat verən ölkədir. Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 2003-cü ilin aprel ayından Asiyada 172 adam quş qripinin qurbanı olub.

XS
SM
MD
LG