Accessibility links

Sarkozi yeni baş nazir təyin etməyə hazırlaşır


Fransada prezident seçilmiş Nikola Sarkozinin baş nazir vəzifəsinə yaxın müttəfiqlərindən birini təyin etməyə hazırlaşdığı xəbər verilir. Londonun “Faynənşəl Tayms” qəzetinin verdiyi məlumata görə, cənab Sarkozi Britaniyanın baş naziri Toni Bleyerlə telefon söhbəti zamanı ona deyib ki, o, Fransua Fiyonu baş nazir Dominik de Vipenin yerinə təyin edəcək. “Faynənşəl Tayms” yazır ki, Fiyon Nikoa Sarkozinin ən yaxın mötədil müttəfiqlərindən biridir və Fransa Sosialist partiyası onu Sarkozinin komandasının ən az etiraz doğuran üzvü hesab edir. Nikola Sarkozi bazar günü seçkilərində sosialistlərin namizədini məğlub etdikdən sonra dünən Maltaya səfər edib. Yaxınları onun prezident seçki kampaniyasından sonra ailəsilə dincəlmək və hakimiyyətdə ilk 100 gün üçün plan hazırlamaq üçün bu səfəri etdiyini bildirib.
XS
SM
MD
LG