Accessibility links

Kraliça Yelizavetanın ABŞ-a səfəri başa çatır


Britaniya kraliçası ABŞ-a səfərinin son günü bu gün Vaşinqton yaxınlığında Merilend ştatında NASA fəza uçuş mərkəzində olub. İkinci Yelizaveta video konfrans zamanı hazırda Beynəlxalq fəza stansiyasında çalışan üç kosmonaftın işilə tanış olub. Kraliça habelə NASA rəsmilərilə görüşüb, qonaqlar üçün mərkəzidə ağac əkib. Daha sonra kraliça İkinci Yelizaveta və onun həyat yoldaşı şahzadə Filip İkinci Dünya müharibəsi veteranlarının xatirə memorialı önünə əklil qoyacaq. Onlar ABŞ paytaxtında Uşaq tibb mərkəzində olacaqlar. Bu gün axşam kraliça Yelizaveta prezident Buş və birinci xanım Lora Buşun şərəfinə Britaniya səfirliyində ziyafət verəcək. Dünən prezident Buş və birinci xanım Lora Buş Britaniya kraliçasının şərəfinə Ağ evdə ziyafət veriblər. Bu, Corc Buşun prezidentliyi dövrü ən rəsmi mərasim olub. Prezident Buş Britaniya kraliçası və şahzadə Filipi Ağ Evdə təntənəli surətdə qarşılamışdır.
XS
SM
MD
LG