Accessibility links

İraqın Kufə şəhərində partlayış olub


İraq polisinin bildirdiyinə görə, bu gün şiələrin yaşadığı Kufə şəhərinin bazarında maşına yerləşdirilmiş bomba partlayışı 16 adamın ölümünə səbəb olub. Hadisə nəticəsində 70-dən artıq insanın yaralandığı bildirilir. Dünəndən etibarən paytaxt Bağdadda 30 cəsəd aşkar edilib. Bazar günü 6 Amerika əsgəri və rus jurnalistinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan İraqın İslam Dövləti qrupu üzərinə götürüb.

XS
SM
MD
LG