Accessibility links

Prezident Buş tornadonun dağıntılar törətdiyi Kanzas ştatındadır


Prezident Buş Kanzas ştatında 10 nəfər adamın ölümünə səbəb olmuş tornadonun vurduğu zərərin nəticələrilə tanış olmaq və hadisədən zərər çəkmiş insanlarla görüşmək məqsədilə bu orta qərb ştatına səfər edib. Buş administrasiyası tornadonun nəticələrinin aradan qaldırılması üçün lazımi hərbi təchizatın olmaması ilə bağlı tənqidlərlə qarşılaşır. Keçən həftənin cümə günü baş vermiş tornado nəticəsində ştatın Qrinsburq şəhərinin 90 faizi dağılıb. Bazar ertəsi Kanzas ştatının qubernatoru Katlin Sebelius deyib ki, yük maşınları, vertolyotlar və Milli qvardiyaya lazım olan digər təchizatın çatışmamasına görə bərpa işləri ləng gedib. Ağ ev bildirir ki, bir neçə qonşu ştatda bərpa işlərinə yardım etmək üçün Milli qvardiyanın 80 min nəfərdən çox əsgəri var.
XS
SM
MD
LG