Accessibility links

Türkiyədə nəticəsiz prezident seçkiləri rəsmən başa çatdı


Türkiyə parlamenti dünyəvi quruluş tərəfdarları ilə islamçı kökləri olan AKP arasında siyasi böhrana səbəb olan prezident seçkiləri prosesinə rəsmi olaraq son qoydu.

Parlamentin spikerinin müavini Nevzat Pakdil xarici işlər naziri Abdullah Gülün namizədliyini geri götürməsindən sonra bu posta heç bir iddialının qalmadığı səbəbilə səsvermənin ləğv edildiyini deyib.

Gül parlamentdə səsvermənin iki raundunda kifayət qədər səs toplaya bilmədikdən sonra namizədliyini geri götürüb. Bundan sonra AKP prezidentin parlamentdə deyil ümumi səsvermə ilə seçilməsi üçün konstitusiyaya dəyişikliklər təklif edib.

Parlamentin ilkin razılığını alan təkliflər paketində həmçinin prezidentlik müddətinin 7 ildən 5 ilədək azaldılması nəzərdə tutulur.

Bu arada Türkiyədə fəaliyyət göstərən kürdlərin Demokratik Cəmiyyət Partiyası parlament seçkilərinə partiya siyahısı ilə deyil, majoritar qaydada qatılmaq barədə qərar verib.

Bu addım indiyə qədər keçən seçkilərdə minimum 10 faiz barajını aşa bilməyən partiyanın parlamentdə təmsil olunmaq üçün bu məhdudiyyəti aşmaq cəhdidir.

XS
SM
MD
LG