Accessibility links

Corc Buş Pentaqon rəsmiləri ilə görüşüb


ABŞ prezidenti Corc Buş bu gün Pentaqon rəsmiləri ilə İraqdakı mövcud durumla bağlı qapılar arxasında görüş keçirib. Görüş Demokratların nəzarət etdiyi Nümayəndələr Palatasının müharibənin maliyyələşdirilməsi planını səsə qoyduğu vaxta təsadüf edir. Plan iyul ayınadək İraqdakı əməliyyatlara 43 milyard dollar vəsait ayrılmasını nəzərdə tutur. Əlavə 53 milyard dollarlıq fondun ayrılması üçün ABŞ prezidenti Corc Buş İraqda siyasi və hərbi baxımdan nailiyyət əldə edildiyini sübuta yetirməlidir. Planın Senatda təsdiq edilməsi şansları olduqca azdır.

Bağlı qapılar arxasında keçirilən danışıqlardan sonra müxbirlərlə görüşən prezident demokratların müharibənin maliyyələşdirilməsi planına veto qoyacağına bir daha səz verdi.

XS
SM
MD
LG