Accessibility links

Bağdadda yeni partlayışlar


İraq polisi Bağdadın şiələr məskunlaşan hissəsində intiharçı bomba hücumu nəticəsində azı 12 nəfərin həlak olduğunu, digər 20 nəfərin isə yaralandığını bildirib.

Zəfəraniyə qəsəbəsində körpülərin üstündəki polis yoxlama məntəqələrinə hücumların olduğu bildirilir.

Digər xəbərlərə əsasən, ABŞ-ın Şimali İraqdakı komandanı Benjamin Mixon Diyalə vilayətində təhlükəsizliyin təmin olunması üçün daha çox qoşuna ehtiyac olduğunu deyib.

Bu gün Bağdad, Diyalə əyaləti və Divaniyədəki insidentlər zamanı dörd ABŞ əsgərinin həlak olduğu bildirilir

XS
SM
MD
LG