Accessibility links

Təbriz, Ərdəbil, Sulduz və Qumda yeni təzyiq dalğası

  • Xədicə İsmayılova

İki gənci türk musiqisinə görə güllələyiblər
Ettelaat istintaqından xəstəxanaya
Abbas Lisaninin bacısı oğlu həbs olunub
İran Azərbaycanında tələbə günü qeyd olunub
Qumda fəalları cinsi təcavüzlə təhdid edirlər
Təbriz May hadisələrinin ildönümünə hazırlaşır
Abbas Lisani Ərdəbil məhbəsindən məktub yazıb
Təbriz və Sulduzda həbslər

İki gənci türk musiqisinə görə güllələyiblər

Son vaxtlar İranda hicab və davranış qaydaları sərtləşdirilib. Mayın 1-də bu zəmində Təbrizdə qanlı hadisə baş verib. Davranış keşikçiləri olan Iran polisləri Təbrizin Pastor məhəlləsində uca səslə Türk musiqisi gənclərə güllə atıblar. 19 yaşlı Bəhmən Abbaszadə və 20 yaşlı Armin İbrahimnijadın hazırda şəhər xəstəxanasında ağır durumda olduğu bildirilir.

Ettelaat istintaqından xəstəxanaya

Ərdəbilli fəal Hüseyn Səbəbi isə başqa səbəbdən xəstəxanadadır. Azərbaycanlıların mədəni hüquqları uğrunda hərəkatın fəalı Hüseyn Səbəbi Ettelaat məmurları tərəfindən istintaq edilmək məqsədilə saxlanıldıqdan və sorğu-sual edildikdən sonra ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Abbas Lisaninin bacısı oğlu həbs olunub

Ərdəbil fəallarından Amerikanın səsinə verilən digər bir məlumata görə, hərəkat liderlərindən biri, həbsdə olan Abbas Lisaninin bacısı oğlu Mehdi Məhəmmədpur da həbs olunan gənclər arasındadır

Ümumiyyətlə mayın 9-da Ərdəbil təhlükəsizlik ve Ettelaat quvvələri bir neçə gənci heç bir hökm və ya order göstərmədən həbs ediblər. Saxlanılanların çoxu 24 saatdan sonra azadlığa buraxılsa da, həbsdə qalanlarla bağlı məlumatların tam dəqiqləşdirilmədiyi bildirilir.

İran Azərbaycanında tələbə günü qeyd olunub

Qeyd edək ki, mayın 9-da İran Azərbacyanlıları tələbə günü qeyd ediblər. Tələbə gününün müxtəlif şəhərlərdə necə keçirildiyi barədə məlumatı Azərbaycanlı siyasi məhbusları müdafiə komuitəsinin sözçüsü Əlirza Quluncudan almışıq. Qeyd edək ki, 9 may 12 il bundan əvvəl İran telekanalının türkləri təhqir edən bir proqramına etiraz əlaməti kimi bütün Azərbaycan şəhərlərində və Tehranda keçirilən tələbə nümayişlərinin ildönümü olaraq tələbə günü adlandırılıb. Yeni etiraz hərəkatı dalğasının da məhz bu hadisələrdən başladığı bildirilir. Təbriz, Ərdəbil, Urmiyə, Tehran və digər şəhərlərdə keçirilən aksiyalarda türk dili barədə və “Azərbaycan milləti çəkəmməz bu zilləti” kimi şüarlar qışqırılıb.

Qumda fəalları cinsi təcavüzlə təhdid edirlər

Bu arada ASMEK Qum şəhərində də təzyiqlərin artdığı barədə məlumat verir. Əlirza Quluncunun sozlərinə görə, Qumda fəalları cinsi işgəncələrlə təhdid edirlər. Qeyd edək ki, İranın və şiə dünyasının dini mərkəzi sayılan Qumun əhalisinin təqribən 70 faizə qədəri azərbaycan türkləridir

Təbriz May hadisələrinin ildönümünə hazırlaşır

Təzyiqlərə baxmayaraq, Təbriz və digər şəhərlərdə May hadisələrinin ildönümünə hazırlıqlar davam edir. Təbrizdə baş verənlər barədə mühəndis Qulamrza Əmani Amerikanın səsinə məlumat verib. Cənab Əmaninin sözlərinə görə, müxtəlif təşkilatlar Təbrizdə aksiyalarla bağlı elaniyyələr paylayır. Elaniyələrdə Xordad ayının 1-də Təbrizdə, 4-də isə Urmiyədə mitinqlərin keçirilməsi bildirilir.

Abbas Lisani Ərdəbil məhbəsindən məktub yazıb

Ərdəbilli hərəkat Abbas Lisaninin həbsxanadan göndərdiyi müraciətdə azərbaycan xalqının tarixi mübarizəsindən, regiondakı demokratik dəyişikliklərdə oynadığı rol barədə söhbət açılır. Sonra cənab Lisani bütün güney Azərbaycanlıları may mitinqlərinin ildönümü ilə bağlı aksiyalara səsləyib. Abbas Lisani məktubunda hüquq pozuntularına və repressiyalara qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.

Təbriz və Sulduzda həbslər

«Media forum»un verdiyi məlumata görə, ETTELAAT məmurları Təbriz və Sulduzda 2 milli fəalı həbs edib. Mayın 8-də ETTELAAT məmurları qurumun əməkdaşı kimi tanınan Hacı Mehdi Rzapurun bələdçiliyi ilə Sulduz tələbə yataqxanasında Azərbaycan milli fəalı Elman Təbrizlinin (Elman Nuri) otağına basqın edərək onu tutublar. Məlumatda bildirilir ki, məmurlar onu əvvəl Sulduzun, sonra isə ailəsinə xəbər vermədən Urmiyanın ETTELAAT idarəsinə aparıblar. E.Təbrizlinin ailəsi min bir əzabla onun qaldığı yeri öyrənəndə Elmanın hələ 2 il müddətinə həbsdə qalmalı olacağını eşidiblər. Məlumatda o da deyilir ki, E.Təbrizli ötən ilin may-iyun kütləvi aksiyalarında fəal iştirak etdiyinə görə ETTELAAT məmurlarının daimi nəzarəti altındaymış.

Mayın 8-də digər Azərbaycan milli fəalı Fərrux (Babək) Haşımzadə Təbrizin Şəhriyar bulvarında yerləşən mağazasından naməlum istiqamətə aparılıb. ETTELAAT məmurları onun şəxsi vəsaitini, o cümlədən də şəxsi kompüterini və disketlərini də aparıblar. F.Haşımzadənin harada saxlanması barədə hələlik hər hansı bir məlumat yoxdur.

Qulamrza Əmaninin Amerikanın səsinə verdiyi məlumata görə, bu günlərdə tanınmış fəal Çengiz Bəxtavərin qardaşı Cahanbəxş Bəxtavər 2006-cı ilin May mitinqlərində iştirakına görə 6 ay həbs cəzasına məhkum edilərək zindana aparılıb.

Tam "Həftəlik xəbərlər icmalı"nı audio-formatda dinləyin

XS
SM
MD
LG