Accessibility links

Vitse-prezident Dik Çeyni Misir prezidenti Mübarəklə görüşüb


Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyni bu gün Qahirədə Misir prezidenti Hüsnü Mübarəklə İraqa yardım və digər məsələləri müzakirə edib. Cənab Çeyninin müşaviri danışıqların geniş mözuları əhatə etdiyini bildirib. Dik Çeyni habelə Misrin Müdafiə naziri Məhəmməd Hüseyn Tantavi ilə görüşüb. Görüşlərdən sonra vitse-prezident Çeyni yenidən İordaniyaya qayıdıb. Burada ABŞ vitse-prezidenti İordaniya kralı Abdulla və kraliça Raniya ilə nahar edəcək.

Vitse-prezident Çeyninin Yaxın Şərqə səfərinin əsas məqsədi İraqda vəziyyətin sabitləşdirilməsi üçün beynəlxalq dəstək qazanmaqdır. Dik Çeyninin regionun liderlərilə keçirdiyi danışıqların məqsədi habelə onun öz sözlərilə, İranın bölgədə nüfuzunun artmasının qarşısını almaqdan ibarətdir.

Dik Çeyni səfər zamanı artıq İraq, Səudiyyə Ərəbistanı və Əbu Dabidə olub.

XS
SM
MD
LG