Accessibility links

Ermənistan seçkilərində hakim partiya irəlidədir


Ermənistan seçkilərindən daxil olan ilk qeyri-rəsmi nəticələrə görə hakim partiya böyük səs çoxluğu ilə irəlidə gedir. Qərbli müşahidəçilər səsvermənin əksər beynəlxalq standartlara cavab verdiyini bildirirlər. Rəsmilər deyirlər ki, baş nazir Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyası səslərin 33 faizini qazanıb. Onunla müttəfiq Firavan Ermənistan partiyası isə 15 faizlə ikinci yerdə gedir.

Dənizə çıxışı olmayan bu keçmiş Sovet respublikasında seçicilər 131 yerlik parlamentin tərkibini müəyyənləşdirirlər. Rəsmilərin dediyinə görə, səs vermə hüququ olanların 57 faizi artıq seçkilərdə iştirak edib. Baş nazir Sarkisyan Prezident Robert Koçaryanın yaxın müttəfiqi və onun varisidir. Gözlənilir ki, baş nazir parlament seçkilərinin nəticələrindən istifadə edərək gələn il cənab Koçaryanın hakimiyyət müddəti başa çatdıqdan sonra prezidentlik uğrunda kampaniyaya başlayacaq.

XS
SM
MD
LG