Accessibility links

Pakistanda tətil elan edilib


Pakistanın müxalifət qruplarının Kəraçi və digər şəhərlədə elan etdiyi tətillər ölkəni iflic vəziyyətinə salıb. Bu gün Lahor, Kəraçi və Peşəvər şəhərlərində bütün mağaza və bazarlar bağlı olub, ictimai nəqliyyat dayandırılıb. Etirazlara şənbə və bazar günləri 38 adamın ölümü ilə nəticələnən qarşıdurmalara hökumətin nəzarət edə bilməməsi səbəb olub. Kəraçinin paytaxtı olduğu Sind vilayətində zorakılıqlar nəticəsində həlak olanlara görə matəm elan edilib. Vilayət hökuməti bütün siyasi yürüşləri qadağan edib, qüvvələrə asayişi pozanların yerindəcə güllələnməsinə göstəriş verib.

XS
SM
MD
LG