Accessibility links

Sarkozi Fransa prezidenti kimi vəzifəsinin icrasına başladı


Nikola Sarkozı Fransa prezidenti kimi vəzifəsinin icrasına başlayıb. İstefaya getməkdə olan prezident Jak Şirak öz varisinə Fransa nüvə arsenalının kodlarını verib. Yeni prezidentin şərəfinə Yelisey Sarayının qarşısında artilleriya salyutu verilib. Bu günkü mərasimdə qısa müraciətlə çıxış edən Nikola Sarkozı ölkənin üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün fransız xalqını bir araya gətirəcəyini deyib. Cənab Sarkozının daha sonra Qələbə Tağına gedərək orada naməlum əsgərin məzarı üzərinə əklil qoyması gözlənilir. Bundan sonra isə o, Almainiyaya yollanaraq orada kansler Anqela Merkellə görüşəcək. Cənab Sarkozı öz kabinetini cümə axşamı müəyyən edəcək. Mühafizəkar sabiq daxili işlər naziri mötədil Fransua Fiyonu baş nazir qoymaqla öz ictimai dəstəyini genişləndirmək istəyir. Sərhədsiz Həkimlər xeyriyyə təşkilatının banisi soisalist Bernard Kuşnerin isə xarici işlər naziri olacağı gözlənilir.
XS
SM
MD
LG