Accessibility links

Corc Buş Ağ Evdə Toni Bleyrlə görüşür


Prezident Corc Buş Britaniyanın vəzifəsindən getməkdə olan baş naziri Toni Bleyri bu gün və sahab Ağ Evdə qəbul edəcək. Bu, cənab Bleyerin iyun ayında vəzifəsindən istefa verməsindən öncə Britaniya hökumətinin baş naziri kimi ABŞ prezidenti ilə son görüşü ola bilər. İki yaxın müttəfiqin bir sıra məsələlər, o cümlədən, Darfurda və iraqda vəziyyəti müzakirə edəcəyi gözlənilir. Toni Bleyr baş nazir vəzifəsindən iyun ayının 27-i gedəcəyini elan edib. NBC televiziya şirkətinə müsahibəsi zamanı cənab Bleyr deyib ki, onun hakimiyyəətdə olduğu müddət ən çətin anlar Britaniya hərbi qüvvələrinin İraqa göndərilməsi haqda qərar verdiyi vaxt olub. Toni Bleyr bildirib ki, 2001-ci il sentyabrın 11-i hücumlarında sonra o, Britaniyanın ABŞ-la çiyin-çiyinə dayanmalı olduğuna heç bir vaxt şübhə etməyib.
XS
SM
MD
LG