Accessibility links

Əbdüləzim Əzimiqədim: "İran rejimi ölkəni məhbəsə çevirməyə çalışır"


İran Azərbaycanında ötən ilin may hadisələrinin ildönümü yaxınlaşdıqca, həbslər və təhdidlər vüsət alır. Amerikanın səsinə müsahibəsində Qum şəhərində sürgün həyatı yaşayan din xadimi və azərbaycanlıların milli mədəni hüquqları uğrunda hərəkatın tanınmış simalarından biri Əbdüləzim Əzimiqədim bir il öncəki hadisələrə və bu gün İranda baş verənlərə nəzər salır.

2006-cı ilin mayında İran qəzetində təhqir edici karikaturalara etiraz olaraq yüz minlərlə azərbaycanlı Təbriz, Urmiyə, Sulduz və digər şəhərlərdə küçələrə çıxanda cənab Əzimiqədim həbsdə idi. Bir il sonra may hadisələrinə nəzər salan din xadimi bu etiraz aksiyalarının Azərbaycanlılara qarşı illər boyu davam edən diskriminasiya siyasətinin nəticəsi hesab edir.

Cənab Əzimiqədimin fikrincə, may hadisələri Azərbaycan tarixində önəmli bir nöqtədir və bu tarixi qeyd etmək olduqca önəmlidir.

Cənab Əzimiqədimin yaşadığı Qum şəhərində də may hadisələrinin ildönümünə hazırlıq gedir və fəallar əhalini bu günü Təbriz və digər şəhərlərdə keçiriləcək etiraz nümayişlərində iştirakla qeyd etməyə çağırırlar.

Din xadimi Qumda siyasi həbslərin çox olmadığını , amma rejimin insanları digər vasitəsələrlə təzyiq altında saxladığını deyir.

Tam reportajı audio-formatda dinləyin

Əbdüləzim Əzimiqədimin İran rejiminin İslama və insan hüquqlarına münasibəti barədə daha geniş açıqlamalarını şənbə günü "İran Azərbaycanına pəncərə" proqramında dinləyə bilərsiniz

XS
SM
MD
LG