Accessibility links

ABŞ və İran danışıqlara hazırlaşır


İranın xarici işlər naziri Mənuçehr Mottəki Amerika ilə İraqın təhlükəsizliyinə dair müzakirələrin may ayının 28-də başlayacağını deyib. Nazir bildirib ki, danışıqların mövzusu yalnız İraq olacaq.

İslam Konfransı Təşkilatının İslamabad toplantısında iştirak edən cənab Mottəki bildirib ki, müzakirələrə səfir səviyyəli diplomat göndəriləcək. Mənuçehr Mottəki İranın İraqla bağlı hansı məsələni müzakirə etmək istədiyi barədə məlumat verməyib, lakin deyib ki, Amerikanın İraqdakı hərbi mövcudluğu probelmlərin bir hissəsidir.

ABŞ-ın İraqdakı səfiri Rayan Kroker Amerikanın nümayəndə heyətinə başçılıq edəcək. ABŞ Dövlət Departamenti bu məlumatı təsdiq edib.

XS
SM
MD
LG