Accessibility links

ABŞ hərbçiləri itkin düşmüş əsgərlərin axtarışını davam etdirirlər


Birləşmiş Ştatlar hərbçiləri Əl Qaidə ilə əlaqəsi olan yaraqlılar tərəfindən keçən həftə üç Amerika əsgərinin oğurlanmasında əli olmaqda şübhəli bilinən daha 16 nəfərin həbs edildiyini bildirib. Əsgərlər haqda məlumat qarşılığında 200 min dollar mükafat vəd edilir.

İraq polisi bu gün səhər Bağdadın cənub-şərqindəki Diyala körpüsünün yaxınlığındakı bomba partlayışının azı 2 nəfərin ölümü, 5-nin isə yaralanması ilə nəticələndiyini bildirib. Keçən həftə yük maşınındakı bomba partlayışı nəticəsində həmin körpüyə xəsarət dəymişdi.

Bağdaddan 100 km-lik məsafədə yerləşən Hillah yaşayış məntəqəsində isə bir polis işçisi evinin yaxınlığında baş verən partlayış nəticəsində həlak olmuşdur.

Digər bir xəbərdə Bağdaddakı Birləşmiş Ştatlar səfirliyi dünən güclü mühafizə olunan Yaşıl Zonaya minamyotdan atılan atəş nəticəsində iki iarqlının qətlə yetirildiyini, 10 nəfərin isə yaralandığını bildirib.

Birləşmiş Ştatlar hərbiçiləri Əl Qaidə ilə əlaqəsi olan yaraqlılar tərəfindən keçən həftə oğurlanan 3 Amerika əsgərinin oğurlanmasında əli olmaqda şübhəli bilinən daha 16 nəfərin həbs edildiyini bildirib və əsgərlər haqda məlumat verənə 200 000 dollar məbləğində pul veriləcəyini deyib.

XS
SM
MD
LG