Accessibility links

Hərbi məsrəflərə dair qanun təsdiq edildi


Nümayəndələr Palatası böyük səs çoxluğu ilə 2008-ci il üçün 644 milyard dollarlıq müdafiə xərclərini təsdiq edib. Bu xərclərə İraq və Əfqanıstan üçün ayrılmış milyardlarla dollar daxildir. Qanun 2008-ci il oktyarbın 1-dən başlayaraq İraq və Əfqanıstandakı hərbi əməliyyatlar üçün 142 milyard dollar nəzərdə tutur. Bundan öncə Konqres prezident Buşdan bu xərcləri qanuna ayrıca əlavə kimi salmağı tələb edirdi. Qanunvercilər hazırda Ağ Evdən daha çox cavabdehlik və sentyabr ayında İraqdakı vəziyyətə dair hesabat təqdim etməyi tələb edirlər. Bu hesabatlar ABŞ-ın İraqdakı ali generalı David Petraus və səfir Rayan Kroker tərəfindən təqdim olunmalıdır. ABŞ müdafiə naziri Robert Geyts də qüvvə səviyyəli missiyalar və əlavə planlaşdırma haqda məlumat verməlidir. Əfqanıstan üçün vəsait ayıran Nümayəndələr Palatası tələb edir ki, əfqan qüvvələrinin özünü müdafiə etməsi üçün dayanıqlı tədbirlər görülsün. Bu məqsədlə Konqres Əfqanıstanda yenidənqurma işləri üzrə baş müfəttiş vəzifəsi təsis edib. Kompromis nəticəsində əldə olunmuş qanuna görə, Ordu, Dəniz Piyadaları və Milli Qvardiyaya əlavə 46 min yeni əsgəri qüvvə cəlb olunacaq. Bu addımın başlıca məramı İraq və Əfqanıstanda əməliyyatlar keçirən və gərilmiş ABŞ ordusunun imkanlarını artırmaqdır. Qanunu qüvvəyə minməsi üçün onun Senat tərəfindən təsdiq olunması lazımdır.

XS
SM
MD
LG