Accessibility links

Mühacirət planı ilə bağlı razılıq əldə edildi


Amerika Birləşmiş Ştatarının aparıcı demokrat və respublikaçı senatorları mühacirlərin qanuni statusla təmin edilməsi barədə Ağ Evlə razılıq əldə ediblər. Yeni plan milyonlarla qeyri-qanuni mühacirin statusunu qanuniləşdirməklə yanaşı sərhədlərin möhkəmləndirilməsini də nəzərdə tutur. Qanunvericilər yeni planla bağlı açıqlamanı dünən təşkil etdikləri mətbuat konfransı zamanı veriblər. Demokrat sentor Ted Kennedi sənədi gələcək bir neçə il ərzində sərhədlərin möhkəmləndirilməsi üçün ən yaxşı imkan adlandırıb. “Burada sərhəd keşikçilərinin sayının iki dəfə artırılması, perimetrlərimizin təhlükəsizliyi, inspektorların artırılması, qeyri-qanuni qaçaqmalçılığa qarşı mübarizə və 12 milyon sənədsiz mühacirin qanuni status əldə etməsi nəzərdə tutulur”-deyə senator bildirib. ABŞ prezidenti Corc Buş razılığı mühüm nailiyyət kimi qiymətləndirib. Razılığa əsasən kənd təsərrüfatı işçiləri müvəffəti iş vizası ilə təmin ediləcək. Yeni ölçülər gələn həftə Senatda müzakirə ediləcək. Bu arada Los Anjeles şəhərinin bu ayın əvvəllərində polislə toqquşma ilə nəticələnən yürüş keçirilən parkda mühacirət təfəfdarlarının iştirakı ilə nümayiş təşkil edilib. MakArtur parkında yüzlərlə fəal 12 milyon qeyri-qanuni mühacirlə bağlı ədalətli qərar çıxarılmasına çağırıb. Xatırladaq ki, mayın 1-də təşkil edilən yürüş zamanı polis nümayişçilərə qarşı rezin güllələrdən istifadə etmiş, bir neçə adam dəyənəklərlə döyülmüşdü. Hazırda Federal Təhqiqat Bürosu mülki hüquqların pozulmasına dair istintaq aparır.

XS
SM
MD
LG