Accessibility links

Rusiya Avropa İttifaqı ilə müzakirələrə çağırır


Rusiya prezidenti Vladimir Putin hökuməti Polşa ilə ət idxalı mübahisələrinin həlli məqsədi ilə Avropa İttifaqı ilə müzakirələrə hazırlaşmağa çağırıb. Putin deyib ki, mübahisələr xoş məramla və siyasətdən kənar həll edilməlidir. Prezidentin göstərişi keçən həftə keçirilən Avropa-Rusiya sammitindən sonraya təsadüf edir. Avropa İttifaqının rəsmiləri Rusiyanı 17 aylıq ət və kənd təsərrüfatı mallarına qoyduğu embarqonun ləğvinə çağırmışdı. Qeyd edək ki, Rusiyanın 2005-ci ildə Polşa məhsullarının idxalına qoyduğu qadağalara görə Polşa ittifaqla Rusiya arasında strateşi tərəfdaşlıq razılığına dair müzakirələrin başlamasına mane olur.

XS
SM
MD
LG