Accessibility links

Mühacirət islahatları paketi ABŞ Senatında müzakirə edilir


Ötən həftə bir neçə senatorun Ağ Evlə razılıq əldə etməsindən sonra bu gün ABŞ Senatında qalmaqallı mühacirət islahatları paketi müzakirə olunur. Cümə axşamı elan edilən təklifə əsasən hazırda Birləşmiş Ştatlarda qeyri-qanuni yaşayan 12 milyon mühacirə leqal status veriləcək. Bu proqram müvəqqəti işçi proqramı yaratmağı və sərhədləri möhkəmləndirməyi, sənədsiz adamları işə götürən şəxsləri sərt cəzalandırmağı nəzərdə tutur. Ticarət katibi Karlos Qutierrez bu ölçünün amnistiya olması haqda iddiaları rədd edib. Nümayəndələr Palatasının spikeri demokrat Nənsi Pelosi ümid etdiyini bildirib ki, yaxın günlərdə prezident Buş qanun layihəsini imzalayacaq.
XS
SM
MD
LG