Accessibility links

Nursultan Nazarbayev Konstitusiya dəyişikliyinə imza atıb


Qazaxıstan prezidenti Nursultan Nazarbayev vəzifəsində müddətsiz qalmasına şərait yaradan Konstitusiya dəyişikliyinə imza atıb. 1991-ci ildən Qazaxıstana prezident təyin edilən və onsuz da hakimiyyətdən möhkəm yapışan Nursultan Nazarbayev Konstitusiya dəyişikliyinə imza atmaqla, öz mövqeyini möhkəmlətmiş oldu. Belə ki, yeni dəyişiklik 2012-ci ildə prezident seçkilərində qələbə əldə edərsə, onun müddətsiz hakimiyyətinə şərait yaradır. Onun davamçılarına isə bu qanun şamil edilməyəcək.

Hökuməti dəstəkləyənlər belə bir qanunun neftlə zəngin ölkədə sabitliyin qrunub saxlanamsına xidmət edəcəyini deyirlər. Lakin Qazağıstan siyasi müxalifəti bu addımın demokratiyaya zidd olduğunu deyir.

Heritac Fondunun Moskva ofisinin direktoru Yevgeniy Volk bununla razılaşır. O, yeni qanunun Nursultan Nazarbayevin avtoritar hakimiyyətinin möhkəmlənməsinə xidmət etdiyini deyir. Lakin Nursultan Nazarbayev islahatlar həyata keçirməklə Qazağıstanı daha demokratik ölkəyə çevirəcəyini deyir.

XS
SM
MD
LG