Accessibility links

ABŞ-Çin ticarət müzakirələri aparılır


" hspace=2 src="/azerbaijani/images/AP_Chinese_Vice_Premier_Wu_Yi__US_Treasury_Secretary_Henry_Paulson_Washington_eng_195_22may07.jpg" width=210 align=left vspace=2 border=0>Çin və ABŞ müzakirəçiləri bu gün Vaşiqntonda ticarət əlaqələrinin müzakirəsi məqsədi ilə görüşlərinin ikinci raundunu keçirir. ABŞ-ın nümayəndə heyətinə başçılıq edən maliyyə naziri Henri Polson toplantını açıq elan edərkən deyib ki, Amerika sabit və proqressiv Çinlə rəqabəti alqışlayır. O, ikigünlük danışıqların islahatlar siyasətinə təkan verəcəyindən əminliyini dilə gətirib. Çinin nümayəndə heyətinə başçılıq edən baş nazir müavini Vu Yi Ameirkanı Çinin yüksək texnologiya idxalına tətbiq etdiyi məhdudiyyətlərin ləğvinə çağırıb. Onun dediyinə görə, bu, ABŞ-ı narahat edən ticarət natarazlığını azalda bilər. Xanım Yi deyib ki, ticarət və iqtisadi məsələlər siyasətə qarışdırılmamalıdır.

XS
SM
MD
LG