Accessibility links

İsrail Həmas rəhbərliyini hədələyir


İsrailin müdafiə rəsmiləri Həmas liderlərinə İsrailə qarşı raket atəşləri dayandırılmasa qrupun hədəf alınacağına dair xəbərdarlıq verib. Müdafiə nazirinin müavini Efraim Sneh deyib ki, Fələstinin baş naziri İsmayıl Haniye də daxil edilməklə, Həmas üzvləri İsrailin hava hücumlarına məruz qala bilər. Qeyd edək ki, keçən həftədən etibarən İsrailin hərbi kampaniyası nəticəsində 40-a yaxın fələstinli öldürülüb. Fələstin prezidentinin yardımçısı Saeb Erekat İsraili hava hücumlarını dayandırmağa çağırıb.

XS
SM
MD
LG