Accessibility links

Ankaradakı bomba hücumu intiharçı tərəfindən həyata keçirilib


Türkiyə rəsmiləri dünən Ankarada altı adamın ölümü ilə nəticələnən bomba hücumunun intiharçı tərəfindən həyata keçirildiyini deyirlər. Ankaranın valisi Kamal Onal deyib ki, hücumçu kürd yaraqlılarının işlətdiyi partlayıcılardan istifadə edib. Hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb. Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan partlayışı amansız terror aktı adlandırıb.

Pakistan səfirliyi Ankaranın Ulus işguzar məhəlləsində baş vermiş hücum zamanı yaralanan 90 nəfərdən səkkizinin beynəlxalq sərgidə iştirak edən pakistanlı olduğunu bildirib.

Bu arada, Türkiyə polisi ölkənin cənubundakı Adana şəhərində bu gün intiharçı olduğundan şübhələnilən bir şəxsi saxlayıb. Adananın valisit İlhan Atis saxlanılan qadının 11 kiloqram plastik partlayıcı daşıdını deyib.

XS
SM
MD
LG