Accessibility links

Türkiyə prezidenti konstitusiya düzəlişinə veto qoydu


Türkiyə prezidenti Əhməd Necdet Sezer prezidentin parlament tərəfindən deyil, səsvermə yolu ilə seçilməsinə dair konstitusiya düşəlişinə veto qoyub. Prezident qanun layihəsinin yenidən nəzərdən keçirilməsi üçün onu geriyə parlamentə göndərib. Əgər parlament sənədi ikinci dəfə təsdiq etsə, prezident onu ya qəbul etməli, ya da referendum çağırmalıdır. Belə ki, prezident iki dəfə veto qoymaq səlahiyyətinə malik deyil. Bu arada Türkiyənin xarici işlər naziri Abdulla Gül İraqdakı kürd yaraqlılara qarşı heç bir əməliyyata hazırlıq görüşmədiyini, lakin hökumətin səbrinin tükənməkdə olduğunu bildirib. O deyib ki, hərbi əməliyyatlar barədə qərar qəbul edilsə, parlament buna dəstək verə bilər.

XS
SM
MD
LG