Accessibility links

Şimali Koreya nüvə sınağı keçirilib


Şimali Koreya ötən ilin iyulundan bəri ilk dəfə Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli raket atıb.

Keçən iyul ayında uzun mənzilli raketlərin də sınaqdan keçirilməsi beynəlxalq aləmin kəskin reaksiyasına səbəb olmuşdu. Lakin ABŞ, Yaponiya və Cənubi Koreya rəsmiləri bu gün keçirilən sınağın elə də əhəmiyyətli olmadığını deyib.

ABŞ və Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti bu sınaqların illik hərbi təlimlərin tərkib hissəsi olduğunui deyuib. Birləşmiş Ştatların xüsusi elçisi Kristofer Hill Şimali Koreyanın qısa mənzilli raketlər atması qeyri-adi hal deyil. Hill bu sınaqların nüvə danışıqlarına təsir etməyəcəyini deyib.

Yaponiyanın baş naziri Şinzo Abe bu sınaqların Yaponiyanın təhlükəsizliyi üçün ciddi məsələ olduğuna inanmadığını deyib.

XS
SM
MD
LG