Accessibility links

Türkiyənin Şırnaq vilayətində mina partlayışı 6 əsgərin ölümünə səbəb olub


Türkiyə rəsmiləri Şırnaq vilayətində mina partlayışının 6 əsgərin ölümünə, onunun yaralanmasına səbəb olduğunu deyirlər.

Rəsmilər bu gün hərbi maşının keçdiyi zaman uzaqdan idarə olunan partlayıcı qurğunun kürd yaraqlıları tərəfindən işə salındığını ehtimal edir.

Bundan bir neçə saat öncə baş nazir Rəcəb Tayib Ərdoğan hərbi dairələr Şimali İraqda kürd yaraqlılarına qarşı əməliyyatlar barədə qərar qəbul edərlərsə, onlara dəstək olacağını deyib.

Çərşənbə axşamı Ankarada intiharçı hücumu 6 nəfərin ölümünə səbəb olub. Ankara valisi Kamal Önal hücumçunun polisdə dosyesi olduğunu və işlədilən partlayıcı qurğunun kürd yaraqlılarının istifadə etdiyi qurğuya bənzər olduğunu deyib. Kürdlərin PKK təşkilatı hücuma aidiyyəti olduğunu inkar edib.

Məsuliyyəti üzərinə götürən olmayıb.

XS
SM
MD
LG